İsrailin 200-dən çox qırıcı təyyarəsi İrana zərbələr endirib.

Heftelik.az  xəbər verir ki bu barədə İsrail Ordusu məlumat yayıb.

İsrail Hərbi Hava Qüvvələrinə məxsus 200-dən çox qırıcı təyyarə İranın yüksək rütbəli hərbi komandirlərinin iqamətgahları da daxil olmaqla, İran boyu 100-dən çox hədəfə hücum edib.

“İndi biz təsdiq edə bilərik ki, İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, İran İnqilabı Keşikçiləri Korpusunun komandanı və İranın Fövqəladə Hallar Komandanlığı İsrailin 200-dən çox döyüş təyyarəsi ilə İran ərazisinə endirdiyi zərbələr nəticəsində məhv edilib”, – məlumatda qeyd edilib.