
İsrailin İrana hücumları nəticəsində Təbrizdə 3 nəfər ölüb.
Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, bu barədə Şərqi Azərbaycan Valiliyinin Böhran İdarəetmə Baş direktoru Məcid Fərşi bildirib.
O qeyd edib ki, İsrail Təbrizdə 10 nöqtəyə hücum edib. Zərbələr nəticəsində 3 nəfər ölüb.
***
saat 08.43
İsrail İranın Təbrizdəki neft emalı zavodunu vurub.
Heftelik.az xəbər verir ki, bu haqda “Mehr” xəbər agentliyi məlumat yayıb.
Təbrizdə baş verən partlayışlardan sonra ətrafa yayılan qatı tüstünün görüntülərini yayılıb.
Təbrizin Sardrud yaxınlığındakı “Radar” kompleksu də hədəfə alınıb.