Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 3 km aralı, nəzarətsiz ərazi) batan 1 nəfərin axtarışları başa çatıb.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən Heftelik.az-a verilən məlumata görə, batan şəxsin meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

***

saat 20.14

Sabunçu rayonunun Bilgəh qəsəbəsi ərazisində, bir azyaşlı uşaq dənizdə batıb.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən Heftelik.az-a verilən məlumata görə, hadisə ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 3 km aralı, nəzarətsiz ərazidə qeydə alınıb.

Məlumatla əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.