“Muğan” klinikası yanır

15 İyun 2025, 17:55

Sabirabadda klinika yanır.

Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, yanğın hadisəsi Sabirabad şəhərinin mərkəzində yerləşən “Muğan” klinikasında baş verib.

Hazırda yanğının söndürülməsinə FHN Sabirabad Yanğından Mühafizə xidmətinin avtomobilləri və canlı qüvvəsi cəlb olunub.