İsrail Ordusu Tehran əhalisinin şəhərin bir sıra rayonlarını dərhal tərk etməyə çağırıb.

Heftelik.az-ın xəbərinə görə, İsrail Ordusu şəhərin həmin rayonlarında hərbi infrastruktura zərbə endiriləcəyini bəyan edib.

Xəbərdarlıqdan qısa müddət sonra Tehranın qərbinə hava zərbəsi endirilib.  Həmin bölgədə İran Ordusunun hərbi hissəsi olduğu bildirilir.