Uçuş aerodromunda meteoroloji şərait uçuş üçün minimum tələblərə cavab vermədikdə alternativ aerodrom seçilməlidir.

Heftelik.az-ın məlumatına görə, bu, “Uçuş əməliyyatlarına hazırlıq Qaydası”nda əksini tapıb.

Əgər hava gəmisinin yola düşdüyü aerodroma qayıtmaq mümkün deyilsə, istismarçı alternativ aerodrom müəyyən edir.

Alternativ aerodromun meteoroloji şəraiti isə müəyyən edilmiş eniş minimumundan aşağı olmamalıdır.

Alternativ aerodrom məlumatları əməliyyat uçuş planında yenilənməlidir.