PM yüklü vaqonlar çeşidləmə və sahə stansiyaları arasında müxtəlif yük qatarları ilə gedə bilər.
Heftelik.az-ın məlumatına görə, bu, Dəmiryol nəqliyyatında qatarların hərəkətinə və manevr işinə dair Təlimatda əksini tapıb.
Belə vaqonlar aralıq stansiyalardan sahə və ya çeşidləmə stansiyalarına ötürücü və daşıyıcı qatarlarla göndərilə bilər. PM yüklü vaqonlar yalnız uzun məsafəli qatarlarla daşına bilər. Daha qısa marşrutlu qatarlara qoşulması qadağandır. Qatar işləri planlaşdırılarkən PM yüklü vaqonların ilk növbədə göndərilməsi diqqətdə saxlanmalıdır. PM yüklü qatarların təhlükəsiz hərəkəti qatar dispetçerləri və stansiya növbətçiləri tərəfindən təmin edilməlidir.