PM yüklü vaqonlarla yükləmə, boşaltma və manevr işləri zamanı xüsusi təlimatlar olmalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, Dəmiryol nəqliyyatında qatarların hərəkətinə və manevr işinə dair Təlimatda əksini tapıb.
Stansiyaların texniki-sərəncam aktları və qeyri-ümumi istifadəli dəmir yollarına dair qaydalar bu prosesləri tənzimləyir. PM yüklü qatarlar barədə xidmətdə olmayan şəxslərə məlumat vermək qadağandır. Məlumat ötürmək üçün yalnız stansiyanın park rabitəsindən istifadə edilməlidir. Qatar tərkibində olmayan PM yüklü vaqonlar xüsusi mühafizə olunan dəmir yollarına qoyulmalıdır. Bu tədbirlər təhlükəsizlik qaydalarının təmin olunmasına yönəlib.