Əlavə təhlükəsizlik tədbirlərindən əvvəl təhdidlərin xarakteri və səviyyəsi müəyyən edilməlidir.

Heftelik.az-ın məlumatına görə, bu, “Mülki aviasiya sahəsində təhdidlərin qiymətləndirilməsi və risklərin idarəolunması Metodikası”nda əksini tapıb.

Təhdidə məruz qalan müəssisələrin yeri və fəaliyyəti araşdırılmalıdır. Yüksək təhdid səviyyəsinin müddəti təyin olunmalıdır. Müddət müəyyən edilmədikdə, davamlı tədbirlər izafi xərclərə səbəb ola bilər. Təhlükəsizlik avadanlıqlarının imkanları yenidən təhlil edilməlidir. Mövcud tədbirlər və reyslərin yoxlanılma həcmi qiymətləndirilməlidir. Bu işlər tədbirlərin effektivliyini artırmaq məqsədilə aparılır.