Sərnişinlər tərəfindən 30 gün ərzində geri götürülməyən əşyaların məhv edilməsi üçün hava limanında Məhvetmə Komissiyası yaradılır.
Heftelik.az-ın məlumatına görə, bu, “Sərnişinlərdən hava gəmisində daşınması qadağan edilmiş əşya və maddələrin götürülməsi, saxlanılması, geri qaytarılması və məhv edilməsi Qaydası”nda əksini tapıb.
Komissiya saxlanma müddətinin bitməsini və siyahını yoxlayır.
Komissiya 30 gün ərzində əşya sahibi tərəfindən geri götürülmədiyini rəsmiləşdirir.
2 gün ərzində məhv edilmə barədə qərar qəbul edilir.
Qərar qəbul ediləndən sonra əşyalar hava limanı ərazisində xüsusi sahədə məhv edilir.
Məhv zamanı Komissiya üzvləri iştirak edir.
Məhv prosesi sənədlərlə təsdiqlənir və akt tərtib olunur.
Bu tədbirlər təhlükəsizliyi təmin etmək və qanunsuz daşınmanın qarşısını almaq üçündür.