Nizamnamə kapitalının cəmiyyətin əmlakı hesabına artırılması cəmiyyətin ümumi yığıncağının qərarı ilə həyata keçirilir.
Heftelik.az-ın məlumatına görə, bu, Mülki Məcəllədə əksini tapıb.
Bu qərar yalnız əvvəlki ilin maliyyə hesabatları əsasında qəbul edilə bilər. Artırılan məbləğ cəmiyyətin xalis aktivləri, nizamnamə kapitalı və ehtiyat fondu arasındakı fərqi keçməməlidir. Kapital artırıldıqda iştirakçıların paylarının nominal dəyəri proporsional olaraq artır.