Kommandit ortaqlığı sahibkarlıq fəaliyyətini həyata keçirən tam ortaqlar və yalnız maliyyə qoyuluşu edən kommanditçilərdən ibarət olan ortaqlıqdır.
Heftelik.az-ın məlumatına görə, bu, Mülki Məcəllədə əksini tapıb.
Tam ortaq ortaqlığın öhdəlikləri üzrə öz əmlakı ilə məsuliyyət daşıyır, kommanditçi isə yalnız qoyduğu mayanın məbləği həddində riskə malikdir. Kommanditçi sahibkarlıq fəaliyyətində iştirak etmir. Ortaqlığın fəaliyyəti bu iki növ iştirakçının hüquq və vəzifələrinə uyğun tənzimlənir.