Cəmiyyət yeni hüquqi şəxsin yaradılması və ya mövcud hüquqi şəxsin yenidən təşkili yolu ilə formalaşa bilər.

Heftelik.az-ın məlumatına görə, bu, Mülki Məcəllədə əksini tapıb.

Yenidən təşkildə birləşmə, qoşulma, bölünmə, ayrılma və çevrilmə kimi prosedurlar nəzərdə tutulur. Bu proseslər cəmiyyətin fəaliyyətinin çevik və qanunvericiliyə uyğun aparılmasını təmin edir. Məhdud məsuliyyətli cəmiyyətin formalaşması təsis yığıncağı ilə rəsmiləşdirilir.