Hava gəmisində yaranmış nasazlıqların təhlükə səviyyəsi texniki heyət tərəfindən müəyyən olunur.
Heftelik.az-ın məlumatına görə, bu, “Hava gəmilərinin və onların komponentlərinin uçuşa yararlılığının saxlanılması Qaydası”nda əksini tapıb.
Təmir tədbirləri texniki xidmət təlimatlarına əsasən planlaşdırılır.
Əgər nasazlıq siyahıda göstərilməyibsə, qərar istismara buraxılışı təsdiq edən personal tərəfindən verilir.
Uçuş təhlükəsizliyi nəzərə alınaraq tədbirlər dərhal icra olunur.
Bu yanaşma aviasiya fəaliyyətində çevik qərarverməyə imkan yaradır.