Pilot və heyət üzvləri tərəfindən törədilə biləcək hücumların ehtimalı az da olsa, tam istisna edilmir.
Heftelik.az-ın məlumatına görə, bu, “Mülki aviasiya sahəsində təhdidlərin qiymətləndirilməsi və risklərin idarəolunması Metodikası”nda əksini tapıb.
11 sentyabr hadisəsindən sonra təhlükəsizlik tədbirləri gücləndirilsə də, 2015-ci ildə “Germanwings” insidenti pilot təhlükəsini gündəmə gətirib. Həmin hadisədə pilot qəsdən təyyarəni qəzaya uğratmışdı. Bu cür hallar nəticələrinin ağırlığına görə yüksək risk daşıyır. İnsan tələfatı, iqtisadi itkilər və dövlət nüfuzunun zədələnməsi ilə nəticələnə bilər. Biznes aviasiyasında bu riskin daha yüksək olduğu qeyd edilir. Ümumilikdə, zəiflik və ehtimal faktoru nəzərə alındıqda, qalıq risk ORTA səviyyəsində qiymətləndirilir.
