Qanunsuz müdaxilə AKTI

17 İyun 2025, 01:18

Nəticələrin ağırlıq dərəcəsi iqtisadi, insan itkisi və digər təsirlərə əsaslanır.

Heftelik.az-ın məlumatına görə, bu, “Mülki aviasiya sahəsində təhdidlərin qiymətləndirilməsi və risklərin idarəolunması Metodikası”nda əksini tapıb.

Ən yüksək dərəcədə yüzlərlə insanın ölümü və milyardlarla manat ziyan nəzərdə tutulur.

Orta-yüksək səviyyədə yüksək kateqoriyaya aid nəticələrdən bəziləri mövcuddur.

Orta dərəcədə onlarla insanın ölümü və yüz milyonlarla manat ziyan qiymətləndirilir.

Orta-aşağı səviyyədə orta dərəcəyə aid nəticələrin bəziləri hesaba alınır.

Aşağı nəticə dərəcəsində isə bir neçə ölən və yaralanan, həmçinin müəyyən iqtisadi ziyan qeyd olunur.

Bütün bu dərəcələr risklərin idarəolunmasında nəzərə alınır.

Nəticələrin təhlili risklərin qarşısının alınması üçün tədbirlərin hazırlanmasına kömək edir.