Hərəkət həcminin qəfil artması zamanı qatarların vaxt aralığı ilə hərəkəti təşkil oluna bilər.
Heftelik.az-ın məlumatına görə, bu, Dəmiryol nəqliyyatında qatarların hərəkətinə və manevr işinə dair Təlimatda əksini tapıb.
Bunun üçün infrastruktur sahibinin və ya qeyri-ümumi istifadəli dəmir yolunun sahibinin icazəsi tələb olunur. Vaxt aralığı ilə göndərilmə avtomatik bloklama olmayan mənzillərdə mümkündür. Həmçinin, bloklama qurğularının sıradan çıxdığı hallarda telefon əlaqəsi vasitəsilə tənzimlənə bilər. Hərəkətin bu üsulla təşkili müəyyən qaydalar çərçivəsində aparılmalıdır. Qatarlar arasında minimum vaxt müddəti və maksimal sürət də müəyyən edilməlidir.