Mülki aviasiyada təhlükəli halların qarşısını almaq üçün xüsusi direktivlər tətbiq olunur. Bu direktivlərə dizayn dövlətinin və Agentliyin göstərişləri daxildir.

Heftelik.az-ın məlumatına görə, bu, “Hava gəmilərinin və onların komponentlərinin uçuşa yararlılığının saxlanılması Qaydası”nda əksini tapıb.

Qurumlar bu tələbləri təxirə salmadan yerinə yetirməlidir. Belə tədbirlər həm də beynəlxalq aviasiya standartlarına uyğunluğun göstəricisidir. Təhlükəsizlik direktivlərinin icrası ciddi nəzarət altındadır.