Təsərrüfat ortaqlıqları və cəmiyyətləri, təsisçilərinin paylarına bölünmüş kapitala əsaslanan kommersiya təşkilatlarıdır.
Heftelik.az-ın məlumatına görə, bu, Mülki Məcəllədə əksini tapıb.
Təsisçilərin maya qoyuluşları hesabına yaranan əmlak mülkiyyət hüququ ilə ona mənsubdur. Təsərrüfat ortaqlıqları tam ortaqlıq və ya kommandit ortaqlığı formasında təşkil oluna bilər. Bu cür kommersiya təşkilatları iqtisadiyyatda əsas rol oynayır və müxtəlif növ əməliyyatları həyata keçirirlər.