Tibb Xidmətinin əməkdaşları fərdi mühafizə vasitələrindən və tibbi avadanlıqlardan istifadə etməyi bilməlidir.

Heftelik.az-ın məlumatına görə, bu, “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarına məharət dərəcələrinin təyin edilməsi qaydası haqqında Əsasnamə”də öz əksini tapıb. Onlar təcili tibbi yardım gələnədək ilk tibbi yardım göstərməyi bacarmalıdır. İxtisas profilinə uyğun tibbi yardım göstərmək əsas tələblərdən biridir. Tibbi qeydiyyat kitablarını aparmaq və xidməti sənədləri düzgün tərtib etmək bacarığı tələb olunur. Orta və böyük rəis heyəti həmçinin fövqəladə hallar orqanları qanunvericiliyini və etik davranış qaydalarını bilməlidir. Onlar sağlamlığın qorunması üzrə əmrləri, təlimatları və digər rəhbər sənədləri bilməlidir. Orta və böyük rəis heyəti ixtisaslarına uyğun tibbi yardım göstərməyi bacarmalıdır. Həmçinin öz işini planlamağı və xidmət sahəsində hesabat aparmağı bacarmalıdırlar. Fərdi mühafizə vasitələri və tibbi avadanlıqlardan istifadə etmək onların əsas vəzifələrindəndir.