Bu Metodika Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 24 aprel tarixli 613 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Aviasiya təhlükəsizliyinin təmin edilməsi Qaydaları”nın 14-6.5.2-ci yarımbəndinə uyğun olaraq hazırlanmışdır.

Heftelik.az-ın məlumatına görə, bu, “Aviasiya təhlükəsizliyi sahəsində təhdidlərin qiymətləndirilməsi və risklərin idarəolunması Metodikası”nda əksini tapıb.

Metodika aviasiya təhlükəsizliyi sahəsində təhdidlərin qiymətləndirilməsi və risklərin idarəolunması üsullarını müəyyən edir.

Sənəd beynəlxalq standartlar və tövsiyə olunan təcrübə əsasında hazırlanıb.

Azərbaycan Respublikasının qanunları və beynəlxalq müqavilələri nəzərə alınıb.

Beynəlxalq Mülki Aviasiya Təşkilatı, Avropa Mülki Aviasiya Konfransı və digər beynəlxalq təşkilatların standartları tətbiq olunub.

Metodika mülki aviasiya sahəsində təhdidlərin qarşısının alınması üçün resursların optimal bölüşdürülməsini təmin edir.

Daim dəyişən təhdidlərə qarşı tədbirlər müntəzəm olaraq həyata keçirilməlidir.