PM yüklü vaqonların olduğu qatarlar dəmir yollarının mühafizə qurumları tərəfindən müşayiət edilir.
Heftelik.az-ın məlumatına görə, bu, Dəmiryol nəqliyyatında qatarların hərəkətinə və manevr işinə dair Təlimatda əksini tapıb.
Bu vaqonlardan 5 vaqondan uzaq olmayan məsafədə tormoz meydançası olan vaqon yerləşdirilməlidir. Hərbiləşdirilmiş mühafizə dəstəsi lazım gəldikdə lokomotivin kabinəsində gedə bilər. Hərbi eşelonlarda PM yüklü vaqonlar digər təhlükəli yüklərlə birgə daşına bilər. Bu halda aralarında ən azı bir daldalanacaq vaqon olmalıdır.