Kibertəhlükələrin reallaşması halında nəticələr çox ciddi ola bilər.
Heftelik.az-ın məlumatına görə, bu, “Mülki aviasiya sahəsində təhdidlərin qiymətləndirilməsi və risklərin idarəolunması Metodikası”nda əksini tapıb.
Uçuş təhlükəsizliyinə təsir edən sistemlərə hücumlar qəza riskini artırır.
İdarəetmə sistemləri sıradan çıxarsa, insan tələfatı mümkündür.
Aviasiyada ictimai etimadın itməsi də mümkün nəticələr sırasındadır.
Bu səbəbdən qalıq risk aşağı olsa da, ehtiyat tədbirləri vacibdir.
Ən pis ssenari əsas götürülərək təlimlər və təhlillər aparılmalıdır.
Bu yanaşma təhlükəsizliyin idarə olunmasına əsaslı töhfə verir.