Təyyarələrin silah kimi istifadəsinin qarşısını almaq üçün kompleks tədbirlər görülür.
Heftelik.az-ın məlumatına görə, bu, “Mülki aviasiya sahəsində təhdidlərin qiymətləndirilməsi və risklərin idarəolunması Metodikası”nda əksini tapıb.
Bu tədbirlər yer səviyyəsində həyata keçirilən təhlükəsizlik yoxlamaları və uçuş zamanı cavab tədbirlərini əhatə edir. Pilot kabinəsi 300 Coula qədər təzyiqə dözümlü qapılarla təchiz edilməlidir. Kabin və heyət arasında siqnal sistemləri və videomüşahidə qurğuları da tətbiq edilir. Eyni zamanda, heyətin seçimi və psixoloji monitorinqi həyata keçirilir. Sərnişinlərin şübhəli davranışlara qarşı maarifləndirilməsi də vacib tədbirlərdəndir. Hava gəmisinin tutulması halında cavab planlarının öyrədilməsi təhlükənin minimuma endirilməsinə xidmət edir.