Nizamnamə kapitalının iştirakçıların əlavə payları hesabına artırılması cəmiyyətin ümumi yığıncağının qərarı ilə həyata keçirilir.

Heftelik.az-ın məlumatına görə, bu, Mülki Məcəllədə əksini tapıb.

Qərarda əlavə payların ümumi dəyəri və iştirakçının əlavə payının nominal dəyərə nisbəti göstərilir. Hər bir iştirakçı öz payına uyğun olaraq əlavə pay qoymaq hüququna malikdir. Əlavə payların qoyulması üçün müəyyən edilmiş müddətin ötürülməsi kapital artırılmasının baş tutmamasına səbəb olur.