Məharət dərəcələrinin verilməsi üçün xüsusi komissiya yaradılır. Bu komissiya təcrübəli və obyektiv şəxslərdən ibarətdir.

Heftelik.az-ın məlumatına görə, bu, “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin hərbi qulluqçularına və xüsusi rütbəsi olan əməkdaşlarına məharət dərəcələrinin təyin edilməsi qaydası haqqında Əsasnamə”də əksini tapıb.

Komissiyanın sayı ən azı beş nəfərdən ibarətdir. Onun iş qaydası əmrlə müəyyən edilir. Komissiya qiymətləndirmənin vaxtını təyin edir. Əməkdaşlar qiymətləndirmədən ən azı iki həftə əvvəl xəbərdar edilir. Qiymətləndirməyə buraxılanların siyahısı 7 gün öncə təqdim olunur. Komissiya peşəkarlığı və obyektivliyi təmin edir.