Kommandit ortaqlığında tam ortaq olan şəxslər üçün hüquqi vəziyyət tam ortaqlıq iştirakçılarının hüquqları kimi müəyyənləşdirilir. Heftelik.az-ın məlumatına görə, bu, Mülki Məcəllədə əksini tapıb.

Hər bir şəxs yalnız bir kommandit ortaqlığında tam ortaq ola bilər. Kommandit ortaqlığındakı tam ortaq həm də tam ortaqlığın iştirakçısı ola bilməz. Bu, hüquqi qadağalarla əlaqədar tənzimlənir.