Təsis yığıncağı cəmiyyətin nizamnamə kapitalı tam formalaşdıqdan sonra keçirilir.
Heftelik.az-ın məlumatına görə, bu, Mülki Məcəllədə əksini tapıb.
Yığıncaqda cəmiyyətin yaradılması, nizamnamənin təsdiqi və idarəetmə orqanlarının formalaşdırılması məsələləri həll olunur. Yığıncağın keçirilməsi üçün təsisçilərin yetərsayı tələb olunur, çatmadıqda yığıncaq təkrar keçirilir. Yığıncağın baş tutmaması barədə qərar bütün təsisçilərə bildirilir.