Müddətdən artıq xidmət edən həqiqi hərbi qulluqçular “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”ni və Silahlı Qüvvələrin nizamnamələrini bilməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarına məharət dərəcələrinin təyin edilməsi qaydası haqqında Əsasnamə”də öz əksini tapıb.
Onların tibbi yanaşmaları müxtəlif profilli xəstəliklərə yönəlməlidir. Onlar öz xidməti hüquq və vəzifələrini bilməklə yanaşı, fərdi mühafizə vasitələrini və tibbi avadanlıqları tanımalıdır. Müddətdən artıq xidmət edənlər həkiməqədər tibbi yardım göstərməyi bacarmalıdır. Orta tibb işçisi vərdişlərini tətbiq etmək də onların bacarığı olmalıdır. Xidməti sənədləri düzgün və savadlı tərtib etmək onların məsuliyyətindədir. Onlar xidmət sahəsində uçot və hesabat aparmağı bacarmalıdırlar. Fərdi mühafizə vasitələrindən və aidiyyəti tibbi avadanlıqlardan istifadə etməlidirlər.