Yoldəyişənlərin açıldığı hallarda giriş və çıxış işıqforlarının eyni anda açılması qadağandır.
Heftelik.az-ın məlumatına görə, bu, Dəmiryol nəqliyyatında qatarların hərəkətinə və manevr işinə dair Təlimatda əksini tapıb.
Qatarın dayanmadan buraxılması üçün çıxış işıqforu yalnız qatarın başı giriş işıqforunu keçdikdən sonra açılmalıdır. Stansiya növbətçisi marşrutun dəyişdirilməsi və tənzimlənməsi zamanı yoldəyişənlərin vəziyyətini yoxlamalıdır. Marşrut dəyişdirilməzdən əvvəl siqnalların açılmasının mümkünsüz olduğu yoxlanılmalıdır. Çevirmə və tənzimləmə işləri aparılarkən yoldəyişən üzərindən hərəkətə icazə verilmir. İşlər başa çatdıqdan sonra yoldəyişən lazımi qaydada bərkidilməlidir.