İnfrastruktur sahibi qatarların vaxt aralığı ilə göndərilməsi üçün xüsusi siyahı tərtib edir.
Heftelik.az-ın məlumatına görə, bu, Dəmiryol nəqliyyatında qatarların hərəkətinə və manevr işinə dair Təlimatda əksini tapıb.
Burada ardınca göndərilən qatarların maksimal sürəti göstərilir. Həmçinin, qatarlar arasında minimal vaxt intervalları müəyyən edilir. Bəzi hallarda təsərrüfat qatarlarının vaxt aralığı ilə göndərilməsinə də icazə verilir. Qatar dispetçeri stansiya növbətçilərinə bu barədə qeydiyyata alınan əmr verməlidir. Hər bir qatar sürücüsü bu tələblərə uyğun hərəkət etməlidir.