Təhdidlərin müəyyən edilməsi və onların reallaşma imkanlarının hesablanması hər bir mühüm obyektin təhlükəsizlik sisteminin əsasını təşkil edir.
Heftelik.az-ın məlumatına görə, bu, “Mülki aviasiya sahəsində təhdidlərin qiymətləndirilməsi və risklərin idarəolunması Metodikası”nda əksini tapıb.
Təhdid modellərinin qurulması risklərin təhlili və qiymətləndirilməsində vacibdir.
Bu, nə sıradan çıxa biləcəyini, hadisənin ehtimalını və nəticələrini müəyyən etməyə imkan verir.
Təhdid modelləri hansı təhdidlərin reallaşa biləcəyini müəyyən etməlidir.
Bununla yanaşı, modellər təhdidlərin kimlər tərəfindən həyata keçirilə biləcəyini də göstərməlidir.
Ehtimalın hesablanması və təhdidlərin həyata keçirilmə yolları da araşdırılır.
Model həmçinin hansı səbəblərdən təhdidlərin reallaşa biləcəyini və hansı obyektlərin hədəf ola biləcəyini müəyyən edir.