Aerovağzal komplekslərində təhlükəsizliyin artırılması məqsədilə çoxsaylı tədbirlər görülür.
Heftelik.az-ın məlumatına görə, bu, ‘Mülki aviasiya sahəsində təhdidlərin qiymətləndirilməsi və risklərin idarəolunması Metodikası’nda əksini tapıb.
Yüksək riskli reyslər üçün xüsusi qeydiyyat zonaları və sərnişinlərin təhlükəsizliyi üzrə planlaşdırma tədbirləri həyata keçirilir.
Təhlükəli maddələrin gizlənə biləcəyi yerlər, pilləkənlər, zibil qutuları daim müşahidə və yoxlamadan keçirilir.
Kinoloji qruplar və vizual müşahidə vasitələri təhlükəsizliyin artırılmasında istifadə olunur.
Aerovağzal binalarında sərnişinlər təhlükəsizlik qaydaları barədə mütəmadi məlumatlandırılır.
Bu tədbirlər terror aktlarının qarşısını almaq və sərnişinlərin təhlükəsizliyini təmin etmək məqsədi daşıyır.