PM yüklü qatarların aralıq stansiyalarda lokomotivsiz saxlanması qadağandır.
Heftelik.az-ın məlumatına görə, bu, Dəmiryol nəqliyyatında qatarların hərəkətinə və manevr işinə dair Təlimatda əksini tapıb.
Qəza şəraitində və xüsusi hallarda bu qadağa müvəqqəti olaraq ləğv edilə bilər. Bu halda infrastruktur sahibinin göstərişi ilə operativ tədbirlər görülməlidir. Qatar dispetçerləri PM yüklü qatarların hərəkətini yaxından izləməlidir. Bu qatarların sənədlərində xüsusi qeyd aparılmalıdır. PM yüklü qatarların lokomotivsiz qalması yalnız “Təhlükəli yüklərin dəmir yolu nəqliyyatı ilə daşınması Qaydalarına” uyğun icra edilə bilər.