PM yüklü vaqonlar qatar tərkibində olduqda və ya manevrlərdə iştirak etdikdə xüsusi daldalanacaq tədbirləri görülməlidir.

Heftelik.az-ın məlumatına görə, bu, Dəmiryol nəqliyyatında qatarların hərəkətinə və manevr işinə dair Təlimatda əksini tapıb.

Belə vaqonların yanında boş və təhlükəli yük daşımayan vaqonlar yerləşdirilməlidir. Boş vaqonların qapıları və lükləri bağlı, yük qalıqlarından tam təmizlənmiş olmalıdır. Xüsusi sisternlərdən və təhlükəli yüklərin daşınması üçün nəzərdə tutulmuş sisternlərdən daldalanacaq məqsədilə istifadə etmək qadağandır. Bu tədbirlər vaqonların təhlükəsiz daşınmasını təmin etmək məqsədi daşıyır.