Mühafizə ilə cütləşdirilmiş yoldəyişənlərə xüsusi diqqət ayrılır.

Heftelik.az-ın məlumatına görə, bu, Dəmiryol nəqliyyatında qatarların hərəkətinə və manevr işinə dair Təlimatda əksini tapıb.

Bu yoldəyişənlər marşrutların bir-birinə zidd olmamasını təmin edəcək şəkildə yerləşdirilməlidir. Stansiya növbətçisi işlərin düzgün yerinə yetirildiyini təsdiqləməlidir. Bunun üçün ya işçilərdən məlumat almalı, ya da şəxsən yoxlamalıdır. Bundan sonra idarəetmə pultunda yoldəyişənin vəziyyətinə uyğun əməliyyat icra edilir. Qatarların buraxılması yalnız işıqforların icazəverici göstəricilərinə uyğun həyata keçirilir.