Ərdoğandan sülh MESAJI

19 İyun 2025, 17:37

“28 May – Azərbaycanın Müstəqillik Günündə Laçında idik, Laçın Hava Limanının da açılışını etdik”.

Heftelik.az  xəbər verir ki, bunu Kahramanmaraşda “Azərbaycan” məhəlləsinin açılış mərasimində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

Türkiyə Prezidenti deyib ki, azad olunmuş ərazilərdə bərpa-tikinti prosesi sürtələ davam edir: “Azərbaycanla Ermənistan arasında sülhün təsisi ilə bu proseslər daha da sürətlənəcək. Allah Azərbaycanla birlik və diriliyimizi daimi etsin. Bu düşüncələrlə can Azərbaycanın 15 İyun – Milli Qurtuluş Gününü bir daha təbrik edirəm”.