Gəncədə yeniyetmənin meyiti tapılıb.
Heftelik.az-ın Qafqazinfoya istinadən verdiyi məlumata görə, hadisə şəhərin “Mahrasa bağı” adlanan ərazisində qeydə alınıb.
15 yaşlı Ü.M-nin meyitini qardaşı avtomobil təmiri sexində aşkar edib.
dünyasını dəyişən Ümid Niftəliyev Gəncə şəhər S.Vəliyev adına 34 nömrəli tam orta məktəbin 9-cu sinif şagirdi imiş.
Məlumatda o da bildirilir ki, meyiti tapılan Ümid Niftəliyev Gəncədə istifadəsiz qalmış binadan yıxılaraq ölən 18 yaşlı Elgün İbrahimovla eyni məktəbdə təhsil alıb.