Əlavə təhlükəsizlik tədbirləri tətbiqindən sonra hesabat hazırlanmalı və Agentliyə təqdim edilməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, “Mülki aviasiya sahəsində təhdidlərin qiymətləndirilməsi və risklərin idarəolunması Metodikası”nda əksini tapıb.
Hesabatda görülən işlərin qiymətləndirilməsi aparılmalıdır. Əgər problemlər qalırsa, təhlükəsizlik planları yenidən işlənməlidir. Planlarda düzəlişlər tələb oluna bilər. Təhlükəsizlik tədbirlərinin effektivliyi daima monitorinq edilməlidir. Hesabatlar risklərin azaldılması üçün əsas mənbədir. Bu proses hava limanlarının təhlükəsizlik səviyyəsini təmin edir.