Hava gəmisinin kapitanı uçuşa başlamazdan əvvəl uçuşa hazırlıq blanklarını doldurmalıdır.

Heftelik.az-ın məlumatına görə, bu, “Uçuş əməliyyatlarına hazırlıq Qaydası”nda əksini tapıb.

Kapitan blankda hava gəmisinin uçuşa yararlı olduğunu və bütün lazımi sənədlərin mövcudluğunu təsdiqləyir.

Bu sənədlər bortda olmalı və qüvvədə olmalıdır.

Uçuş yalnız bu tələblər yerinə yetirildikdən sonra həyata keçirilə bilər.