Məharət dərəcələrinin verilməsi üçün komissiya əməkdaşın nəzəri bilikləri, operativ-xidməti vəzifələrin icrası üzrə praktik vərdişləri və fərdi normativlərin yerinə yetirilməsini nəzərə alır.

Heftelik.az-ın məlumatına görə, bu, “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin hərbi qulluqçularına və xüsusi rütbəsi olan əməkdaşlarına məharət dərəcələrinin təyin edilməsi qaydası haqqında Əsasnamə”də əksini tapıb.

Qiymətləndirmə xidməti-peşə, texniki, atəş, silahsız özünümüdafiə, sıra, fiziki, ilk tibbi yardım və uçuş hazırlıqları üzrə aparılır. Qiymətləndirmənin nəticəsi “məqbul” və ya “qeyri-məqbul” ilə qiymətləndirilir. Hər bir əməkdaşa məharət dərəcəsinin verilməsinə dair qiymətləndirmənin nəticələri komissiyanın üzvləri tərəfindən imzalanmış protokolda əks olunur. Protokol əsasında məharət dərəcələri müvafiq əmrlə rəsmiləşdirilir. Məzuniyyətdə və ya xəstəlik səbəbi ilə qiymətləndirməyə gecikmiş əməkdaşlar xidmətə çıxdıqdan sonra üç ay müddətində komissiyaya təqdim edilir. Məharət dərəcəsindən məhrum olmuş və ya dərəcəsi azaldılmış əməkdaşlar 1 il keçdikdən sonra və ya intizam cəzası götürüləndən sonra dərəcəni bərpa üçün yenidən təqdim edilə bilərlər. Məharət dərəcəsi alan əməkdaşlara döş nişanı və vəsiqə verilir.