Bu Metodikanın əsas məqsədləri təhdidlərin müəyyən edilməsi, qiymətləndirilməsi və risklərin idarəolunması sisteminin qurulmasıdır.

Heftelik.az-ın məlumatına görə, bu, “Aviasiya təhlükəsizliyi sahəsində təhdidlərin qiymətləndirilməsi və risklərin idarəolunması Metodikası”nda əksini tapıb.

Mülki aviasiyanın qanunsuz müdaxilə aktlarından qorunması üçün adekvat və iqtisadi cəhətdən səmərəli tədbirlər hazırlanır.

Risklərin məntiqi qiymətləndirilməsi təhlükəsizlik sisteminin zəif nöqtələrini aşkar etməyə imkan verir.

Təhdidlərin qiymətləndirilməsi nəticəsində Dövlət Proqramı və Qaydalarda zəruri dəyişikliklər aparılır.

Aviadaşımalara olan ictimai etibar artırılır və təhlükəsiz fəaliyyət təmin olunur.

Qanunsuz müdaxilə aktlarının mənfi nəticələri məqbul risk səviyyəsinə endirilir.

Terror təhdidlərinin qarşısının alınması üçün etibarlı tədbirlər sistemi yaradılır.

Aviasiya subyektlərində risklərin qiymətləndirilməsi üçün metodik vəsaitlər hazırlanır.