Mülki aviasiya sahəsində mühüm əhəmiyyətli obyektlərin təsnifatlandırılması hava limanlarının obyektləri əsasında aparılır.
Heftelik.az-ın məlumatına görə, bu, “Mülki aviasiya sahəsində təhdidlərin qiymətləndirilməsi və risklərin idarəolunması Metodikası”nda əksini tapıb.
Təsnifat obyektlərin fiziki müdafiəsi və mühafizəsi üçün standartlara cavab verməsini təmin etmək məqsədi daşıyır.
Obyektlərin təhlükəlilik səviyyəsi ziyan vuran insanların sayı və iqtisadi ziyanın həcmi ilə ölçülür.
Qanunsuz müdaxilə aktları zamanı ola biləcək maksimal ziyan əsas götürülür.
Bu təsnifat müdafiə üçün maliyyə xərclərinin optimallaşdırılmasına imkan yaradır.
Sosial-iqtisadi ziyanın formalarına istehsal itkisi, cavab tədbirləri, bərpa xərcləri, sanksiyalar və nüfuz itkisi daxildir.