Cəmiyyətin nizamnamə kapitalının artırılması iştirakçıların və ya üçüncü şəxslərin ərizəsi əsasında həyata keçirilir.

Heftelik.az-ın məlumatına görə, bu, Mülki Məcəllədə əksini tapıb.

Ərizədə mayaların məbləği, tərkibi, qoyulma qaydası və müddəti göstərilməlidir. Ümumi yığıncaq həm kapitalın artırılması, həm də nizamnaməyə edilən dəyişikliklərlə bağlı qərar qəbul edir. Əgər nizamnamə kapitalının artırılması baş tutmasa, qoyulan əlavə mayalar geri qaytarılır.