Birinci qatarın maşinisti vaxt aralığı ilə göndərilmə zamanı təyin edilmiş sürətlə hərəkət etməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, Dəmiryol nəqliyyatında qatarların hərəkətinə və manevr işinə dair Təlimatda əksini tapıb.
İkinci qatarın maşinisti isə xüsusi diqqətli olmalıdır. O, hərəkət üçün maneə ilə qarşılaşdıqda dərhal dayandırmağa hazır olmalıdır. Bu qatar təyin edilmiş maksimum sürətdən çox hərəkət edə bilməz. Sərnişin və poçt qatarları vaxt aralığı ilə göndərilə bilməz. Eyni qayda təhlükəli yüklərlə dolu sisternlər üçün də keçərlidir.