Təhdidlərin HƏDƏFLƏRİ

19 İyun 2025, 01:17

Təhdidlərin hava limanları, yanacaq doldurma kompleksləri, aviasiya idarəetmə və naviqasiya obyektlərinə yönəldiyi nəzərə alınmalıdır.

Heftelik.az-ın məlumatına görə, bu, “Mülki aviasiya sahəsində təhdidlərin qiymətləndirilməsi və risklərin idarəolunması Metodikası”nda əksini tapıb.

Təhdidlərin həyata keçirilməsi üçün istifadə oluna biləcək vasitə və metodlar qiymətləndirilməlidir.

Qiymətləndirmədə silah və partlayıcı qurğunun hazırlanma üsulu vacibdir.

Onların keçirilmə üsulları, məsələn, insan bədənində və ya nəqliyyat vasitəsində olması da nəzərə alınır.

Həmçinin, kimin bu vasitələri keçirdiyi (əməkdaş, sərnişin və ya kənar şəxs) araşdırılır.

Təhlükə gizlədilmə və istifadənin necə baş tutacağı da təhlil edilməlidir.

Bu, qanunsuz müdaxilə aktlarının qarşısının alınması üçün vacibdir.