Təsərrüfat ortaqlıqlarının və cəmiyyətlərinin iştirakçıları müəyyən hüquqlara malikdirlər.

Heftelik.az-ın məlumatına görə, bu, Mülki Məcəllədə əksini tapıb.

İştirakçılar, ortaqlığın və ya cəmiyyətin işlərini idarə etmə hüququna sahibdirlər və mühasibat kitabları ilə tanış ola bilərlər. Onlar həmçinin mənfəət bölgüsündə iştirak etmək hüququna malikdirlər. Ləğv zamanı isə kreditorlarla hesablaşmalardan sonra qalan əmlakı əldə edə bilərlər.