Hər bir hava gəmisinə texniki xidmət təsdiq edilmiş proqram əsasında göstərilməlidir. Bu proqramın ilkin təsdiqi Agentlik tərəfindən aparılır.

Heftelik.az-ın məlumatına görə, bu, “Hava gəmilərinin və onların komponentlərinin uçuşa yararlılığının saxlanılması Qaydası”nda əksini tapıb.

Sonradan proqramda dəyişiklik etmək üçün Agentliklə razılaşdırmaq tələb olunur. Dəyişikliklər yalnız uçuş təhlükəsizliyi və texniki uyğunluq əsasında həyata keçirilir. Bu mexanizm texniki nəzarət sisteminin sabitliyini təmin edir.