Mülki hava gəmilərinin uçuşa yararlılığının saxlanılması qaydaları yenilənib.Yeni qaydalar “Aviasiya haqqında” Azərbaycan Respublikası Qanununun 24.1-ci maddəsi və 1944-cü il tarixli Beynəlxalq Mülki Aviasiya Konvensiyasının 6 və 8 nömrəli Əlavələri əsasında hazırlanıb. Heftelik.az-ın məlumatına görə, bu, “Hava gəmilərinin və onların komponentlərinin uçuşa yararlılığının saxlanılması Qaydası”nda əksini tapıb.
Qaydalar yalnız insanın idarə etdiyi mülki hava gəmilərinə və onların komponentlərinə aiddir. Pilotsuz uçuş aparatlarının yararlılığı ayrıca normativ sənədlərlə tənzimlənəcək. Qaydaya uyğun olmayan məsələlər Konvensiyanın müvafiq əlavələri əsasında həll edilir.