Texnologiyaların inkişafı ilə hava gəmilərinin sistemləri daha çox riskə məruz qalır.
Heftelik.az-ın məlumatına görə, bu, “Mülki aviasiya sahəsində təhdidlərin qiymətləndirilməsi və risklərin idarəolunması Metodikası”nda əksini tapıb.
Məlumat sistemlərindən artan asılılıq təhlükə yarada bilər.
Daxilində müdafiə səviyyəsi qeyri-müəyyən proqramların istifadəsi genişlənir.
İnternetə çıxış və məsafədən yenilənmə zəiflik mənbəyidir.
Bu kimi imkanlar hədəflənməmiş hücum riskini yüksəldir.
Hücumlar bəzən sistemə deyil, onun vasitəsilə başqa hədəfə yönələ bilər.
Belə hallarda nəticələr planlaşdırılmamış ola və mülki aviasiyanı təsir altına ala bilər.